DÇ-2026-nın ulduz qapıçısını yeni klubunda izdiham qarşıladı - VİDEO

3 Avqust 2026 16:05
89
DÇ-2026-nın ulduz qapıçısını yeni klubunda izdiham qarşıladı - VİDEO

Kabo-Verde millisinin 40 yaşlı qapıçısı Vozinya “Kolo-Kolo” ilə müqavilə imzalamaq üçün Çiliyə çatıb.

İdman.Biz xəbər verir ki, 40 yaşlı qolkiperi hava limanında çoxsaylı azarkeşlər qarşılayıblar.

Vozinya dünya çempionatında xüsusilə ilk turdakı çıxışı ilə diqqət mərkəzinə düşmüşdü. O, sonradan turnirin qalibi olan İspaniya millisinə qarşı keçirilən oyunda qapısını toxunulmaz saxlayaraq komandasının sensasiyalı nəticə qazanmasına kömək etmişdi.

Təcrübəli qapıçı həmçinin Kabo-Verde millisinin dünya çempionatında 1/16 finala yüksəlməsində əsas pay sahiblərindən biri olub. Bu uğurlu çıxışdan sonra o, futbol ictimaiyyətinin ən çox müzakirə olunan simalarından birinə çevrilib.

İdman.Biz
Məqalədə: