Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının təsnifat mərhələsinin pley-offunun püşkü atılacaq.
İdman.Biz xəbər verir ki, püşkatma mərasimində Azərbaycan çempionu “Sabah”ın potensial rəqibi müəyyənləşəcək.
Tədbir Bakı vaxtı ilə 14:00-da başlayacaq. UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları avqustun 18-19-da, cavab görüşləri isə 25-26-da keçiriləcək.
Qeyd edək ki, Valdas Dambrauskasın baş məşqçi olduğu kollektiv ilk təsnifat mərhələsində Uelsin TNS klubunu (2:0, 2:1), ikinci raundda isə Finlandiya təmsilçisi "KuPS"u (1:0, 2:0) iki oyunun nəticəsinə əsasən mübarizədən kənarlaşdırıb. Komanda III təsnifat mərhələsində Danimarkanın “Orhus” klubu ilə üz-üzə gələcək.
