İspaniya millisinin və “Çelsi”nin sabiq futbolçusu Xuan Mata karyerasını Qazaxıstan Premyer Liqasında davam etdirə bilər.
İdman.Biz xəbər verir ki, 38 yaşlı futbolçunun transferi Qazaxıstanın cənub bölgəsindəki klublardan birinə təklif olunub.
Hazırda Avstraliyanın “Melburn Viktori” klubunda çıxış edən Mata ötən mövsüm A-Liqada 25 oyunda 5 qol vurub və 13 məhsuldar ötürmə edib. İspaniyalı futbolçu mövsümün sonunda liqanın ən yaxşı oyunçusu seçilib.
Mümkün transferin qarşısındakı əsas maneə isə vaxt məsələsidir. Məlumata görə, Mata yeni klubuna yalnız 2026-cı ilin sonunda qoşula bilər.
Xuan Mata karyerası ərzində “Valensiya”, “Çelsi”, “Mançester Yunayted”, “Qalatasaray”, “Vissel Kobe”, “Vestern Sidney Uonderers” və “Melburn Viktori” kimi klublarda çıxış edib. O, “Çelsi” ilə 2012-ci ildə Çempionlar Liqasının qalibi olub.
İspaniya millisinin heyətində isə Mata 2010-cu ildə dünya çempionu, 2012-ci ildə Avropa çempionu olub.
