İspaniyanın “Sevilya” futbol klubu “Real Madrid”in qapıçısı Fransisko Xavyer Qonsales Peresi transfer edib.
İdman.Biz xəbər verir ki, Əndəlus təmsilçisi 21 yaşlı qolkiperlə 2031-ci ilin yayına qədər müqavilə imzalayıb.
1,99 metr boya malik Qonsales “Real Madrid”in əsas komandasında ilk rəsmi oyununa 2024/2025 mövsümündə çıxıb. O, La Liqanın XXX turunda “Valensiya”ya qarşı “Santyaqo Bernabeu”da keçirilən görüşdə meydana çıxıb.
Qapıçı həmin mövsüm “Real Madrid”in ikinci komandası “Kastilya”nın heyətində 19 matçda iştirak edib. Ötən mövsüm isə əsas komandaya 14 dəfə dəvət alan futbolçu “Kastilya”da 28 oyuna çıxıb.
Qeyd edək ki, Qonsales 2024-cü ildə İspaniyanın U-19 millisi ilə Avropa çempionu olub. O, U-21 yığmasının heyətində isə 3 matçda forma geyinib.
