Ağdamın “Qarabağ” futbol klubu Pakistanın U-17 milli komandasının kapitanı Əbdül Səmmadı heyətinə cəlb edib.
İdman.Biz xəbər verir ki, bu barədə Pakistan mətbuatı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, hücumameyilli yarımmüdafiəçi ölkəsinin "POPO" klubundan “Qarabağ” akademiyasına transfer olunub.
Pakistan mətbuatında bu keçid ölkə futbolu üçün mühüm addım kimi qiymətləndirilir. Vurğulanır ki, “Qarabağ” Azərbaycan futbolunun top klubudur və klub mütəmadi olaraq Avropa turnirlərində çıxış edir.

