“Turan Tovuz” və “Fənərbağça” arasında yoldaşlıq oyunu keçiriləcək - FOTO

3 Avqust 2026 12:39
167
“Turan Tovuz” və “Fənərbağça” arasında yoldaşlıq oyunu keçiriləcək

“Turan Tovuz” və Türkiyənin “Fənərbağça” klubları arasında yoldaşlıq oyunu keçiriləcək.

İdman.Biz xəbər verir ki, bu barədə “Turan Tovuz” futbol klubunun mətbuat xidməti məlumat yayıb.

Klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev “Fənərbağça”nın prezidenti Aziz Yıldırımla Bakıda işgüzar görüş keçirib.

Görüş zamanı iki klub arasında yoldaşlıq oyununun təşkili ilə bağlı müzakirələr aparılıb. Tərəflər qarşılaşmanın növbəti milli fasilə dövründə keçirilməsi barədə razılığa gəliblər.

Bundan əlavə, klublar arasında mümkün əməkdaşlıq perspektivləri də müzakirə olunub. Tərəflər əlaqələrin inkişaf etdirilməsi və gələcəkdə birgə layihələrin həyata keçirilməsi istiqamətində razılıq əldə ediblər.

İdman.Biz