İngiltərənin “Nyukasl” futbol klubu Çexiya millisinin qapıçısı Lukaş Horniçeki transfer edib.
İdman.Biz xəbər verir ki, 24 yaşlı qolkiperlə 2031-ci ilədək müqavilə imzalanıb.
Xarici medianın məlumatına görə, “sağsağanlar” futbolçunun son klubu “Braqa”ya 25,7 milyon funt sterlinq məbləğində təzminatı ödəyib.
Qeyd edək ki, Lukaş Horniçek Çexiya yığmasının 2026-cı il dünya çempionatında keçirdiyi hər üç matçı ehtiyat oyunçular skamyasından izləyib.
Ötən mövsüm o, bütün turnirlərdə “Braqa”nın heyətində 55 matçda 51 qol buraxıb, 24 görüşdə qapısını toxunulmaz saxlayıb.
