Soboslai “Liverpul”un problemini açıqlayıb

3 Avqust 2026 13:30
125
Soboslai “Liverpul”un problemini açıqlayıb

İngiltərənin “Liverpul” klubunun yarımmüdafiəçisi Dominik Soboslai “Lids”ə qarşı keçirilən yoldaşlıq oyunundan (2:4) sonra komandasının çıxışını dəyərləndirib.

İdman.Biz xəbər verir ki, komanda 60-cı dəqiqəyədək 2:0 hesabı ilə öndə olsa da, sonrakı 25 dəqiqə ərzində dörd qol buraxaraq məğlub olub.

68-ci dəqiqəyədək meydanda olan macar futbolçu komandanın əsas probleminin standart vəziyyətlər olduğunu bildirib.

“Biz iki qolu standart vəziyyətlərdən buraxdıq. Hamımız insanıq və səhv edə bilərik. Amma buna düzgün reaksiya verməliyik. Standart vəziyyətlər üzərində işləməli və bu problemi aradan qaldırmalıyıq”, - deyə Soboslai bildirib.

İdman.Biz