Bu gün UEFA Avropa Liqası və UEFA Konfrans Liqasında təsnifat mərhələsinin pley-off-unun püşkatma mərasimi keçiriləcək.
İdman.Biz xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunacaq püşkatmada “Qarabağ”ın da Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibi müəyyənləşəcək.
Qurban Qurbanovun baş məşqçisi olduğu Ağdam təmsilçisi avrokuboklarda mübarizəyə Avropa Liqasından başlayıb. Komanda I təsnifat mərhələsində İslandiyanın “Vestri” klubunu iki oyunun nəticəsinə əsasən 6:0 hesabı ilə məğlub edib (3:0, 3:0).
“Qarabağ” II təsnifat mərhələsində Bolqarıstanın ÇSKA klubu ilə qarşılaşıb. Hər iki görüş 0:0 hesabı ilə başa çatıb, penaltilər seriyasında isə bolqarıstanlılar 5:4 hesabı ilə qalib gəlib.
Bu nəticədən sonra mübarizəni Konfrans Liqasında davam etdirən “Qarabağ” III təsnifat mərhələsində Ukraynanın “Dinamo” (Kiyev) klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, hər iki turnirin pley-off mərhələsində ilk oyunlar avqustun 20-də, cavab görüşləri isə avqustun 27-də keçiriləcək.
