Seymur Məmmədov: “Qrupda qalmaq “Zirə” üçün yaxşı nəticə sayılmaz”

3 Avqust 2026 14:04
103
Seymur Məmmədov: “Qrupda qalmaq “Zirə” üçün yaxşı nəticə sayılmaz”

“Zirə” minifutbol komandasının baş məşqçisi Seymur Məmmədov Çempionlar Liqasında hədəflərindən danışıb.

Mütəxəssis komandanın turnirə hazırlığa gələn həftədən başlayacağını bildirib.

“Hazırlığa gələn həftədən başlayacağıq. Heyətdə yəqin ki, dəyişikliklər olacaq. Bəzi futbolçularla danışıqlar aparırıq”, - deyə o report.az-a açıqlamasında bildirib.

Məmmədov Çempionlar Liqasında əsas hədəflərinin çempionluq olduğunu vurğulayıb:

“Hər bir yarışa yalnız çempionluq üçün çıxırıq. Bu il də hədəfimiz eynidir. “Zirə”nin adı onsuz da birincilik uğrunda mübarizə aparmaq deməkdir. Ölkə çempionu olub, Çempionlar Liqasının qrupunda qalmaq bizim üçün yaxşı nəticə sayılmaz”.

Qeyd edək ki, “Zirə” daha əvvəl bir dəfə Çempionlar Liqasında üçüncü yeri tutub.

İdman.Biz