“Birbaşa Bakı” minifutbol komandası Çexiya millisinin üzvü Daniel Klimanı heyətinə qatıb.
İdman.Biz report.az-a istinadən xəbər verir ki, futbolçu yeni komandasına qoşulmaq üçün artıq Bakıya gəlib.
Qeyd edək ki, bu mövsüm Çempionlar Liqasında mübarizə aparacaq “Birbaşa Bakı” daha əvvəl Azərbaycan millisinin qapıçısı Ağaseyid Qasımovu da transfer edib.
