Kevin De Bröyne Lionel Messi ilə eyni komandada çıxış edə bilər

3 Avqust 2026 09:33
114
Kevin De Bröyne Lionel Messi ilə eyni komandada çıxış edə bilər

Belçika millisinin və İtaliyanın “Napoli” futbol komandasının yarımmüdafiəçisi Kevin De Bröyne karyerasını ABŞ-də davam etdirərək Lionel Messi ilə komanda yoldaşı ola bilər.

İdman.Biz Sİ-yə istinadən xəbər verir ki, “İnter Mayami” 35 yaşlı futbolçunun transferinə marağını yeniləyib. De Bröynenin MLS-yə keçidi əvvəlki dövrlə müqayisədə daha cəlbedici variant hesab etdiyi bildirilir.

Belçikalı yarımmüdafiəçinin “Napoli”dən ayrılacağı təqdirdə “İnter Mayami” ilə danışıqlara başlaya biləcəyi qeyd olunur. Florida təmsilçisi De Bröyneni Lionel Messi, Luis Suares, Kazemiro və Rodriqo De Paulun yer aldığı heyətə cəlb etmək niyyətindədir.

De Bröynenin adı son dövrdə Türkiyənin “Qalatasaray” komandası ilə də hallanır. Belçikalı futbolçuya “İnter Mayami” ilə yanaşı, “San-Dieqo” və “Çikaqo Fayr”ın da maraq göstərdiyi bildirilir.

Yarımmüdafiəçinin “Napoli” ilə müqaviləsi 2027-ci ilin yayınadək qüvvədədir. “Transfermarkt” onun transfer dəyərini səkkiz milyon avro (15,7 milyon AZN) qiymətləndirir.

İdman.Biz