“Komo” azarkeşlər üçün sərt tələblər qoyub

3 Avqust 2026 06:53
104
“Komo” azarkeşlər üçün sərt tələblər qoyub

İtaliyanın “Komo” futbol komandası yeni mövsümdə ev oyunlarına üzrlü səbəb olmadan gəlməyən abonement sahiblərinə qarşı sərt qayda tətbiq edəcək.

İdman.Biz “EspansioneTv”yə istinadən xəbər verir ki, abonement sahibi kluba əvvəlcədən məlumat vermədən və əsaslı səbəb göstərmədən üçdən çox ev matçını buraxarsa, onun abonementi ləğv oluna və növbəti mövsüm üçün yeniləmə hüququ əlindən alına bilər.

Yeni qaydanın məqsədi “Cüzeppe Siniqalya” stadionundakı bütün yerlərin “Komo” azarkeşləri tərəfindən tutulmasını təmin etməkdir. Klub rəhbərliyi ötən mövsümlərdə bəzi rəqib azarkeşlərin ev tribunalarına daxil olduğunu, yerli tərəfdarların isə bilet tapa bilmədiyini qeyd edib.

Abonementin yalnız “Komo” tərəfdarına ötürülməsinə icazə veriləcək. Qaydaların pozulması abonementin ləğvi ilə nəticələnə bilər.

“Komo” Çempionlar Liqasına tarixi vəsiqədən sonra ev matçlarına tələbatın daha da artacağını gözləyir. A Seriyasının 19 ev oyunu üçün abonementlər satışa çıxarılacaq, Çempionlar Liqasının dörd ev qarşılaşmasını əhatə edən paket isə püşkatmadan sonra ayrıca satılacaq.

İdman.Biz