“Marafon” çempion qapıçını transfer edib

3 Avqust 2026 03:45
101
“Marafon” çempion qapıçını transfer edib

Sabirabadı təmsil edən və Azərbaycan İkinci Liqasında çıxış edəcək “Marafon” futbol komandası heyətini yeni qapıçı ilə gücləndirib.

İdman.Biz xəbər verir ki, komanda Qurban Məhərrəmovun transferini açıqlayıb.

Qapıçı ötən mövsüm “Xankəndi”nin formasını geyinib və komanda ilə Azərbaycan İkinci Liqasının çempionu olub. “Xankəndi” yeni mövsümdə Birinci Liqada çıxış edəcək.

Qurban Məhərrəmov isə karyerasını “Marafon”da davam etdirəcək.

İdman.Biz