Tanınmış niderlandlı mütəxəssis Lui van Qal yenidən Niderland millisinin baş məşqçisi postuna qayıtmaq üçün Niderland Kral Futbol İttifaqı ilə danışıqlara hazır olduğunu bildirib.
İdman.Biz xəbər verir ki, bu barədə “De Telegraaf” məlumat yayıb.
Mənbənin məlumatına görə, 74 yaşlı məşqçinin hazırkı sağlamlıq durumu işləməsinə imkan verir. Bununla belə, milliyə qayıdış onun əsas məqsədi deyil. Van Qal bildirib ki, Niderlandın ali futbol qurumu bu istiqamətdə maraq göstərərsə, dialoqa başlamağa hazırdır.
Qeyd olunur ki, təcrübəli mütəxəssis milli komandanın heyətində yer alan futbolçuların əksəriyyətini yaxşı tanıyır və beynəlxalq turnirləri yaxından izləməyə davam edir.
Xatırladaq ki, Lui van Qal daha əvvəl üç dəfə Niderland millisini çalışdırıb. O, 2000–2001, 2012–2014 və 2021–2022-ci illərdə yığmanın baş məşqçisi vəzifəsində çalışıb.
