“Sumqayıt” braziliyalı hücumçunu transfer edib

3 Avqust 2026 19:17
78
“Sumqayıt” braziliyalı hücumçunu transfer edib

"Sumqayıt" heyətini braziliyalı hücumçu Jeam Oliveyra ilə gücləndirib.

İdman.Biz bu barədə klubun mətbuat xidmətinə istinadən bildirir.

Məlumata görə, Azərbaycan Premyer Liqası təmsilçisi futbolçu “1+1” illik müqavilə imzalayıb.

31 yaşlı forvardın son klubu Braziliyanın “Kaşias” komandası olub. O, ölkəsinin “Fortaleza” klubunun yetirməsidir.

İdman.Biz