ABŞ Futbol Federasiyası milli komandanın baş məşqçisi Maurisio Poçettino ilə müqaviləni uzadıb.
İdman.Biz xəbər verir ki, argentinalı mütəxəssislə yeni sözləşmə 2030-cu ilədək nəzərdə tutulub.
Beləliklə, 54 yaşlı çalışdırıcı ABŞ yığmasını 2030-cu ildə keçiriləcək dünya çempionatına hazırlayacaq.
Qeyd edək ki, Poçettino 2024-cü ildən ABŞ millisinin baş məşqçisidir. Onun rəhbərliyi altında komanda 2025-ci ildə KONKAKAF Qızıl Kubokunun finalına yüksəlib. ABŞ yığması həmçinin 2026-cı ildə evdə keçirilən dünya çempionatında 1/8 finala qədər irəliləyib və bu mərhələdə Belçikaya məğlub olub.
