2026/2027 mövsümünə hazırlıq çərçivəsində "Mançester Yunayted" və "Atletiko Madrid" arasında keçirilən yoldaşlıq oyunu başa çatıb.
İdman.Biz xəbər verir ki, komandalar İsveçin Stokholm şəhərindəki "Strawberry Arena"da oynayıblar. "Mançester Yunayted" 2:1 hesablı qələbə qazanıb.
Beşinci dəqiqədə yarımmüdafiəçi Arnau Ortis "Atletiko Madrid"i irəli çıxarıb. 53-cü dəqiqədə "Mançester Yunayted"in hücumçusu Brayan Mbemo penaltidən hesabı bərabərləşdirib. 74-cü dəqiqədə Mbemo dubl edərək "Atletiko Madrid"ə qələbə qazandırıb.
İngiltərə Premyer Liqasının ilk turunda "Mançester Yunayted" debütant "Hall Siti" ilə qarşılaşacaq. Oyun 22 avqust şənbə gününə planlaşdırılıb. "Atletiko Madrid" İspaniya La Liqasının açılış turunda 19 avqust çərşənbə günü "Malaqa"nı qəbul edəcək.
