Türkiyənin “Trabzonspor” futbol klubu misirli hücumçu Məhəmməd Salahın nümayəndəsi ilə görüş keçirib və 34 yaşlı futbolçuya rəsmi transfer təklifi göndərib.
İdman.Biz xəbər verir ki, bu barədə jurnalist Yağız Sabuncuoğlu “X” sosial şəbəkəsində məlumat yayıb.
Mənbənin məlumatına görə, Trabzon təmsilçisi misirli futbolçuya illik 17 milyon avro maaş nəzərdə tutan ikiillik müqavilə təklif edib.
Bundan əvvəl mətbuatda Salahla “Beşiktaş” və Səudiyyə Ərəbistanının “Əl-Diriyyə” klubunun da maraqlandığı bildirilirdi.
Hücumçu bu yay “Liverpul”dan ayrılıb. O, ötən mövsüm bütün turnirlərdə 41 oyunda iştirak edib, 12 qol vurub və 10 məhsuldar ötürmə verib.
“Transfermarkt” portalı Məhəmməd Salahın bazar dəyərini 22 milyon avro qiymətləndirir.
