Azər Bağırov: “Futbolçuların fiziki durumunu yaxşılaşdırmağa çalışırıq”

1 Avqust 2026 16:12
96
Azər Bağırov: “Futbolçuların fiziki durumunu yaxşılaşdırmağa çalışırıq”

“Hazırlıq çərçivəsində üç yoxlama oyunu keçirmişik. Rəqiblərimiz “Kəpəz”, Qətər təmsilçisi və “Sumqayıt” olub”.

Bu sözləri “Şamaxı”nın baş məşqçisi Azər Bağırov deyib.

Təcrübəli mütəxəssis komandasının hazırlıq planını dəyərləndirib.

“Ümumilikdə, təlim-məşq toplanışı maraqlı keçir. Futbolçuların fiziki durumunu yaxşılaşdırmağa və taktiki hazırlığını daha da artırmağa çalışırıq. Keçmiş baş məşqçi Ayxan Abbasov komandanı fərqli sistemlə oynadırdı. Hazırda isə biz əsasən 4-2-3-1 və ya 4-1-4-1 taktiki sxemi ilə çıxış edirik”, - deyə o sport24.az-a açıqlamasında söyləyib.

Bağırov “Şamaxı”nın transfer çalışmalarını başa vurduğunu da bildirib:

“Transfer çalışmalarını yekunlaşdırdıq. Düşərgəyə yeni futbolçunun gəlişi gözlənilmir. Ola bilsin, qış fasiləsində bir transfer edək. Amma bunu zaman göstərəcək”.

Qeyd edək ki, Premyer Liqada yeni mövsümə avqustun 14-də start veriləcək.

İdman.Biz