"Mançester Yunayted" "Nyukasl"dan Luis Hollu transfer edə bilməsə, "Rasinq Santander"in müdafiəçisi Xorxe Salinası transfer etməyi düşünür.
İdman.Biz bu barədə TEAMtalk-a istinadən xəbər verir.
Mənbənin məlumatına görə, "Barselona" da Salinasla maraqlanır. Lakin klublar arasında danışıqlar hazırda dalana dirənib, çünki "Rasinq" 19 yaşlı futbolçu üçün təxminən 16 milyon avro tələb edir, "Barselona" isə təxminən 8 milyon avro təklif etməyə hazırdır.
Vurğulanır ki, "Mançester Yunayted" skautları Salinasın dərhal komandanın əsas heyətində yer almağa qadir olduğuna inanırlar.
"Rasinq" ötən mövsüm La Liqaya yüksəlib. Salinas bütün yarışlarda 34 oyunda meydana çıxıb və yeddi məhsuldar ötürmə edib. Transfermarkt portalında verilən məlumata görə, onun bazar dəyəri 8 milyon avrodur.
