Belçikanın “OH Leuven” futbol komandasının qanalı cinah hücumçusu Emmanuel Addai karyerasını Türkiyədə davam etdirə bilər.
İdman.Biz “HaberGo”ya istinadən xəbər verir ki, Türkiyənin “Konyaspor” komandası 24 yaşlı futbolçunu transfer siyahısında ön sıralarda saxlayır. Konya təmsilçisi yeni mövsüm öncəsi hücum xəttini, xüsusilə cinah mövqeyini gücləndirmək istəyir.
Qanalı futbolçu yay fasiləsində “Qarabağ”dan ayrıldıqdan sonra “OH Leuven”lə üçillik müqavilə imzalayıb. Belçika klubu keçidi 27 iyulda rəsmən açıqlayıb və anlaşmanın 2029-cu ilin yayına qədər qüvvədə olacağını bildirib.
Addai “Qarabağ”da iki mövsüm ərzində bütün turnirlərdə 88 oyuna çıxıb, 12 qol vurub və altı məhsuldar ötürmə edib.
