PAOK (Yunanıstan) və “Dinamo Kiyev” (Ukrayna) arasında 2026/2027 mövsümü Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunu başa çatıb.
İdman.Biz xəbər verir ki, oyun Salonikidəki Toumba stadionunda keçirilib və 2:0 PAOK-un xeyrinə bitib.
Yarımmüdafiəçi Yannis Konstantelias 45+1-ci dəqiqədə hesabı açıb. Konstantelias daha sonra 48-ci dəqiqədə ikinci qolunu vurub.
Yunanıstan klubu ilk oyunda rəqibini 3:2 hesabı ilə məğlub edib. İki oyunun ümumi hesabına əsasən, PAOK Avropa Liqasının üçüncü təsnifat mərhələsinə yüksəlib.
“Dinamo” isə mübarizəni Konfrans Liqasında davam etdirəcək və burada onların rəqibi “Qarabağ” – CSKA (Sofiya) cütünün məğlub tərəfi olacaq.
