“Rakuv” qalib gəldi, Emreli start heyətində yer almadı

31 İyul 2026 00:03
102
“Rakuv” qalib gəldi, Emreli start heyətində yer almadı

Heyətində Mahir Əmrəlinin çıxış etdiyi Polşanın “Rakuv” klubu UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində Maltanın “Valletta” komandası ilə cavab oyununa çıxıb.

İdman.Biz bildirir ki, Maltada keçirilən oyun 4:0 hesabı ilə qonaqların xeyrinə qurtarıb.

Qolları Mixael Ameyav (22), Tomaş Penko (31), Adin Molnar (54) və Patrik Makuç (78) vurublar.

İlk oyunda da qalib gələn (3:1) “Rakuv” növbəti mərhələyə çıxıb.

Mahir Emreli start heyətində yer almasa da, 67-ci dəqiqədə əvəzləmədən oyuna daxil olub. İlk oyunda Emreli qol vurmuşdu.

İdman.Biz