Almaniyanın “Rottah-Egern” və “Bavariya” klubları arasında 2026/2027 mövsümünə hazırlıq məqsədilə keçirilən yoldaşlıq oyunu başa çatdı.
İdman.Biz bildirir ki, Münhen klubu 15:0 hesablı qələbə qazanıb.
Səkkizinci dəqiqədə müdafiəçi Filip Paviç “Bavariya”nı irəli çıxardı. Doqquzuncu dəqiqədə yarımmüdafiəçi Ariyon İbrahimoviç Almaniya çempionlarının üstünlüyünü ikiqat artırdı. 10-cu dəqiqədə yarımmüdafiəçi Felipe Çaves fərqi daha da artırdı. 13-cü dəqiqədə Çaves ikinci qolunu vurdu. 45-ci dəqiqədə İbrahimoviç də ikinci qolunu vurdu. 45-ci dəqiqədə hücumçu Maykon Kardozo fərqləndi.
50-ci dəqiqədə Kardozo ikinci qolunu vurdu. 51-ci dəqiqədə hücumçu Armindo Zib “Bavariya”nın səkkizinci qolunu vurdu. Portuqaliyalı Joao Palinya 57-ci dəqiqədə qol vurdu. Zib 59-cu dəqiqədə ikinci qolunu vurdu. Seneqallı Bara Ndiaye 67-ci dəqiqədə fərqləndi. Həmin dəqiqədə hücumçu Bastian Assomo da qol vurdu. Yarımmüdafiəçi Aleksandar Pavloviç 86-cı dəqiqədə, Almaniya millisindən Coşua Kimmix 88-ci dəqiqədə, cinah yarımmüdafiəçisi Skender Nuray isə 90+3-cü dəqiqədəfərqləndilər.
