“Mançester Siti” “Barselona”da Rodriyə potensial əvəzedici tapıb

24 İyul 2026 21:03
80
“Mançester Siti” “Barselona”da Rodriyə potensial əvəzedici tapıb

"Barselona"nın yarımmüdafiəçisi Mark Bernal karyerasını "Mançester Siti"də davam etdirə bilər.

İdman.Biz bu barədə Sport.es-ə istinadən məlumat verir.

"Siti"nin Bernalla maraqlanmasının səbəbi, Rodri komandadan ayrılacağı təqdirdə onun yerini tutmaq potensialı ilə bağlıdır. Digər Premyer Liqa klubları da yarımmüdafiəçi ilə maraqlanır.

Bernal "Barselona"nın akademiyasının yetirməsidir. Ötən mövsüm o, bütün yarışlarda 33 oyun keçirib, beş qol vurub və bir məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. Transfermarkt-ın məlumatına görə, onun bazar dəyəri 30 milyon avrodur.

İdman.Biz