"Transfermarkt" portalı 2026-cı il dünya çempionatının rəmzi yığmasını təqdim edib.
İdman.biz xəbər verir ki, siyahıda İspaniya, Argentina və Fransa futbolçuları üstünlük təşkil edib.
Turnirin rəmzi komandası belədir:
Qapıçı: Emiliano Martines (Argentina)
Müdafiəçilər: Mark Kukurelya (İspaniya), Lisandro Martines (Argentina), Pau Kubarsi (İspaniya), Əşrəf Hakimi (Mərakeş)
Yarımmüdafiəçilər: Rodri (İspaniya), Cud Bellinqem (İngiltərə), Lionel Messi (Argentina)
Hücumçular: Kilyan Mbappe (Fransa), Maykl Olise (Fransa), Erlinq Holand (Norveç)
Qeyd edək ki, mundialın qalibi finalda Argentina millisini 1:0 hesabı ilə məğlub edən İspaniya yığması olub.
