Yurgen Klopp rəsmi olaraq Almaniya millisinin yeni baş məşqçisi təyin olunub.
İdman.Biz "Bild" nəşrinə istinadən xəbər verir ki, 59 yaşlı alman mütəxəssislə imzalanan müqavilə 2030-cu ilin iyulunadək qüvvədə olacaq.
Kloppun məşqçilər korpusuna onun uzun illər birlikdə çalışdığı köməkçilər Peter Kravits və Pepeyn Leynders, həmçinin Sven Bender daxil olub.
Kloppun baş məşqçi kimi son iş yeri “Liverpul” olub. O, 2015-2024-cü illərdə İngiltərə klubuna rəhbərlik edib və komanda ilə Premyer Liqa və Çempionlar Liqası da daxil olmaqla bir sıra titullar qazanıb.
2025-ci ilin yanvarından 2026-cı ilin iyulunadək Klopp "Red Bull" şirkətinin qlobal futbol istiqamətinin rəhbəri vəzifəsində çalışıb.
Qeyd edək ki, 2026-cı il dünya çempionatında Almaniya millisi 1/16 final mərhələsində mübarizəni dayandırıb. Komanda penaltilər seriyasında Paraqvaya uduzub. Bundan sonra Yulian Naqelsmann milli komandanın baş məşqçisi postunu tərk edib.
11:28
Futbol üzrə Almaniya milli komandasının yeni baş məşqçisi Yurgen Kloppla müqavilə imzalanıb.
İdman.Biz xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat paylaşıb.
Onun sözlərinə görə, 59 yaşlı mütəxəssis 2030-cu ilin iyul ayına qədər yığmaya rəhbərlik edəcək. Təyinatın bu gün açıqlanacağı gözlənilir.
Qeyd edək ki, Yurgen Klopp Almaniya millisində Yulian Nagelsmannı əvəzləyəcək. Nagelsmann dünya çempionatının 1/16 final mərhələsində Paraqvaya məğlubiyyətdən sonra istefaya göndərilib.
