“CSKA Sofia”nın futbolçusu: “Qarabağ” çox güclü komandadır” - MÜSAHİBƏ

24 İyul 2026 12:38
100
“CSKA Sofia”nın futbolçusu: “Qarabağ” çox güclü komandadır” - MÜSAHİBƏ

“Düşünürəm ki, bu oyunda böyük xarakter nümayiş etdirdik”.

Bunu Bolqarıstanın “CSKA Sofia” klubunun futbolçusu Teodor İvanov UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda “Qarabağ”la qolsuz heç-heçə etdikləri matçdan sonra prosport.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– Oyun haqqında fikirləriniz?

– Düşünürəm ki, bu oyunda böyük xarakter nümayiş etdirdik. Rəqib çox güclü idi və heyətində keyfiyyətli futbolçular var. Amma biz də böyük əzmkarlıq göstərdik. Komandamızda da çox yaxşı futbolçular var və cavab görüşündə bunu yenidən göstərməyə çalışacağıq.

– “Qarabağ”a qarşı cavab oyununda nə dəyişməlisiniz?

– Əvvəlcə yaxşı bərpa olunmağa çalışacağıq. İki gündən sonra Sofiyada ölkə çempionatında növbəti oyunumuz var. Həmin qarşılaşmadan sonra bütün diqqətimizi “Qarabağ”a qarşı cavab matçına yönəldəcəyik.

– “Qarabağ”ın heyətində ən təhlükəli futbolçu kimdir?

– Hər kəs təhlükəlidir. Oyuna bizə çox çətinlik yaratdılar. Çox keyfiyyətli oyunçular var. Sofiadakı oyunda da onlarla mübarizə üçün hazırlaşacağıq.

İdman.Biz