“CSKA Sofia” “Qarabağ”la cavab oyununun biletlərini satışa çıxardı

24 İyul 2026 13:09
96
“CSKA Sofia” “Qarabağ”la cavab oyununun biletlərini satışa çıxardı

Bolqarıstanın “CSKA Sofia” klubu UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində “Qarabağ”la keçiriləcək cavab görüşü öncəsi azarkeşlərinə müraciət edib.

İdman.Biz xəbər verir ki, Sofiya təmsilçisi tərəfdarlarını iyulun 30-da keçiriləcək qarşılaşmada komandanı dəstəkləməyə çağırıb.

Klub bildirib ki, futbolçular ilk oyunda bütün güclərini ortaya qoyublar və cavab matçında mübarizəni uğurla başa çatdırmaq üçün meydana çıxacaqlar.

“Qarabağ”la görüşün biletləri artıq satışdadır. Qarşılaşma iyulun 30-da saat 21:00-da Sofiyadakı “Vasil Levski” Milli Stadionunda keçiriləcək.

Biletlərin qiyməti sektorlardan asılı olaraq 12-100 avro (24-200 AZN) arasında dəyişir. 7 yaşadək uşaqlar böyüklərin müşayiəti ilə stadiona ödənişsiz daxil ola biləcəklər.

İdman.Biz