Bu gün Peşəkar Futbol Liqasında (PFL) prezident seçkiləri keçiriləcək.
İdman.Biz xəbər verir ki, seçki “Holiday İn Baku” hotelində baş tutacaq və saat 12:00-da başlayacaq.
Yığıncaqda Peşəkar Futbol Liqasının İctimai Birliyinin hesabatı dinləniləcək, icra orqanının seçilməsi və digər məsələlər müzakirə olunacaq.
Hazırda PFL prezidentliyinə namizəd kimi qurumun hazırkı rəhbəri Elxan Səmədov göstərilir.
Qeyd edək ki, tədbirdə Azərbaycan Premyer Liqası, Birinci Liqa və İkinci Liqa klublarının nümayəndələri iştirak edəcək. Görüş zamanı klubların təklif və fikirlərinin də nəzərdən keçirilməsi gözlənilir.
