“Karvan-Yevlax” futbolçusu İbrahim Qədirzadə ilə yollarını ayırdığını açıqlayıb.
İdman.Biz-in klubun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, oyunçunun müqaviləsi başa çatıb.
Qədirzadə komandada olduğu müddətdə 42 oyunda iştirak edib.
“Karvan-Yevlax” oyunçuya klubun uğuruna verdiyi töhfəyə və gördüyü işə görə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.
