Mertesaker Almaniya millisinə qayıdır - bu dəfə rəhbər kimi

24 İyul 2026 13:38
68
Mertesaker Almaniya millisinə qayıdır - bu dəfə rəhbər kimi

2014-cü il dünya çempionu Per Mertesaker Almaniya Futbol İttifaqında (DFB) yeni vəzifəyə təyin olunacaq.

İdman.Biz alman insayder Florian Plettenberqə istinadən xəbər verir ki, tərəflər artıq razılığa gəlib və müqavilənin rəsmi imzalanması bu gün baş tutacaq.

Keçmiş müdafiəçi 2027-ci ilin yanvarından etibarən DFB-də idman direktoru vəzifəsini icra edəcək. O, bu postda Andreas Rettigi əvəzləyəcək. Mertesakerin müqaviləsi 2030-cu il dünya çempionatının sonunadək nəzərdə tutulub.

DFB bu gün Yurgen Kloppu Almaniya millisinin yeni baş məşqçisi kimi təqdim etmək üçün xüsusi mətbuat konfransı da keçirəcək. Bildirilir ki, Klopp da 2030-cu ilə qədər müqavilə imzalayacaq.

Lakin Mertesaker Frankfurt şəhərində keçiriləcək təqdimat mərasimində iştirak etməyəcək. Onun yeni vəzifəyə başlaması yalnız 2027-ci ilin yanvarında, Rettigi rəsmi olaraq əvəz etdikdən sonra olacaq.

İdman.Biz