"Transfermarkt" portalı 2026-cı il dünya çempionatından sonra futbolçuların bazar dəyərlərini yeniləyib.
İdman.Biz xəbər verir ki, siyahının zirvəsində isə rekord göstərici ilə Lamin Yamal və Erlinq Holand qərarlaşıb.
İspaniya millisinin dünya çempionu olan cinah oyunçusu Lamin Yamal və Norveç yığmasının hücumçusu Erlinq Holandın bazar dəyəri 20 milyon avro artaraq 220 milyon avroya yüksəlib. Beləliklə, hər iki futbolçu hazırda dünya futbolunun ən bahalı oyunçuları hesab olunur.
Siyahıda üçüncü pillədə Fransa millisinin və "Real Madrid"in ulduzu Kilian Mbappe yer alıb. Onun da bazar dəyəri 20 milyon avro artaraq 200 milyon avroya çatıb.
Son yeniləmədən sonra daha dörd futbolçu ilk dəfə 100 milyon avro həddini keçib:
İspaniya millisinin müdafiəçisi Pau Kubarsi – 100 milyon avro;
Argentina millisinin yarımmüdafiəçisi Enso Fernandes – 100 milyon avro;
İngiltərə millisinin futbolçusu Elliot Anderson – 110 milyon avro;
İngiltərə millisinin digər üzvü Morqan Rocers – 110 milyon avro.
Dünya futbolunun ən bahalı 10 oyunçusu
Erlinq Holand – 220 milyon avro;
Lamin Yamal – 220 milyon avro;
Kilian Mbappe – 200 milyon avro;
Maykl Olise – 170 milyon avro;
Cud Bellinqem – 160 milyon avro;
Pedri – 140 milyon avro;
Vinisius Junior – 140 milyon avro;
Vitinya – 140 milyon avro;
Joau Neveş – 140 milyon avro;
Deklan Rays – 120 milyon avro.
