“Liverpul” PSJ-nin ulduzu Barkola ilə maraqlanır

23 İyul 2026 17:33
105
“Liverpul” PSJ-nin ulduzu Barkola ilə maraqlanır

İngiltərənin "Liverpul" futbol klubu Fransa millisinin və PSJ-nin cinah hücumçusu Bradli Barkola ilə ən ciddi maraqlanan klublardan biridir.

İdman.Biz xəbər verir ki, bu barədə məşhur insayder-jurnalist Fabrisio Romano məlumat verib.

23 yaşlı futbolçunun hazırda PSJ ilə yeni müqavilə ilə bağlı danışıqlar aparmadığı bildirilir. Onun Paris klubu ilə hazırkı sözləşməsi 2028-ci ilin yayına qədər qüvvədədir.

Barcola "Lion" akademiyasının yetirməsidir. O, 2023-cü ilin avqustunda PSJ-yə keçib.

Fransalı futbolçunun hazırkı transfer dəyəri təxminən 90 milyon avro qiymətləndirilir.

İdman.Biz