İngiltərənin "Nyukasl Yunayted" futbol klubu Fransanın "Monako" klubuna məxsus 20 yaşlı yarımmüdafiəçisi Aladji Bamba ilə bağlı razılığa gəlib.
İdman.Biz "BBC Sport"a istinadən xəbər verir ki, transferin ümumi məbləğinin bonuslarla birlikdə 34 milyon funt sterlinq (77 milyon AZN) olacağı gözlənilir.
Fransalı futbolçu yaxın günlərdə tibbi müayinədən keçəcək və uzunmüddətli müqaviləyə imza atacaq.
Bamba 2025-ci ilin avqustunda əsas komandada debüt edib. O, Fransa millisinin U-18, U-19 və U-20 komandalarında da çıxış edib.
Gənc futbolçu ötən mövsüm Liqa 1-də ikili mübarizələr, müdaxilələr və driblinq göstəricilərində ən yaxşılar arasında yer alıb.
"Nyukasl" Sandro Tonalini "Tottenhem"ə satdıqdan sonra yarımmüdafiəyə yeni futbolçu axtarırdı. Klub daha əvvəl "Ayaks"dan 18 yaşlı Şon Steuru da heyətinə qatıb.
