Rodri onurğa sütunundan əməliyyat olunacaq

23 İyul 2026 17:28
80
Rodri onurğa sütunundan əməliyyat olunacaq

İspaniya millisinin və "Mançester Siti"nin futbolçusu Rodriqo Ernandes Kaskante(qısa adı Rodri) onurğa sütunundan əməliyyat olunacaq.

İdman.Biz "The Athletic" nəşrinə istinadən xəbər verir ki, 30 yaşlı futbolçunun nə qədər müddətə yaşıl meydanlardan kənarda qalacağı hələlik dəqiqləşməyib.

Bundan əvvəl Rodrinin "Mançester Siti" ilə müqaviləsini yeniləməkdən imtina etdiyi və karyerasını "Real Madrid"də davam etdirmək niyyətində olduğu bildirilib. İspan yarımmüdafiəçinin İngiltərə klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

Qeyd edək ki, Rodri 2026-cı il dünya çempionatının ən yaxşı futbolçusu seçilərək turnirin "Qızıl top" mükafatına layiq görülüb.

İdman.Biz