“Arsenal” Kristos Tsolisi transfer etdiyini açıqladı

23 İyul 2026 16:45
97
“Arsenal” Kristos Tsolisi transfer etdiyini açıqladı

Londonun "Arsenal" futbol klubu hücum xəttini Yunanıstan millisinin forvardı Kristos Tsolislə gücləndirib.

İdman.Biz "BBC Sport"a istinadən xəbər verir ki, London klubu bu transfer üçün 40 milyon avro ödəyib.

24 yaşlı futbolçu "Arsenal"a Belçikanın "Brügge" klubundan keçib. Tərəflər arasında uzunmüddətli müqavilə imzalanıb.

Tsolis "Brügge"nin heyətində 108 oyuna çıxıb, 43 qol vurub və 45 məhsuldar ötürmə edib.

İdman.Biz