25 yaşlı futbolçu “Əl-Hilal”da

Xəbərlər
17 Yanvar 2024 19:42
202
25 yaşlı futbolçu “Əl-Hilal”da

Renan Lodi karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

İdman.biz xəbər verir ki, 25 yaşlı müdafiəçi “Əl-Hilal”ın şərəfini qoruyacaq.

Braziliyalı futbolçu ilə 2027-ci ilədək müqavilə imzalanıb. Yayda “Marsel”ə keçən Lodi komandanın heyətində 23 oyun keçirib. Renanın Ərəbistana transfer qiyməti barədə açıqlama verilməyib.

Qeyd edək ki, “Əl-Hilal” 19 turdan sonra Səudiyyə Ərəbistanı çempionatına liderlik edir. Lodinin yeni komandası “Əl-Nəsr”i 7 xal qabaqlayır.

İdman.biz