“Roma” Sammervil üçün 46 milyon təklif edib

18 İyul 2026 22:56
186
“Roma” Sammervil üçün 46 milyon təklif edib

“Roma” cinah oyunçusu Krisensio Sammervil üçün “Vest Hem Yunayted”ə təklif göndərib.

İdman.Biz bu barədə “Sky Sport Italia”ya istinadən bildirir.

Mənbənin məlumatına görə, “Roma” oyunçu üçün 46 milyon avro təklif edib və oyunçunun özü də İtaliya klubuna qoşulmağa hazırdır.

Sammervil ötən mövsüm bütün yarışlarda 34 oyunda meydana çıxıb, yeddi qol vurub və beş məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 35 milyon avrodur.

“Vest Hem Yunayted” ötən mövsüm Premyer Liqadan düşüb.

İdman.Biz