"Mançester Yunayted" hücumçu Markus Reşfordun mövsümöncəsi məşqlərə qayıtmasını və baş məşqçi Maykl Kerrikin rəhbərliyi altında işləməsini planlaşdırır.
İdman.Biz bu barədə Fabrizio Romanoya istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Kerrik 28 yaşlı ingilisin vəziyyətini şəxsən qiymətləndirmək və onu komandaya daxil etmək istəyir. Lakin, transfer tamamilə istisna edilməyib - bu, yalnız Avropanın ən yaxşı klublarından təklif alınacağı təqdirdə mümkün olacaq. Şayiələrin əksinə olaraq, Türkiyəyə transfer nəzərdən keçirilmir.
Reşford ötən mövsümü icarə əsasında "Barselona"da keçirib, lakin Kataloniya klubu bu transfer variantını aktivləşdirməyib. Onun "Mançester Yunayted"lə müqaviləsi 2028-ci ilin yayına qədərdir.
