Qabriel Martinelli yayda “Arsenal”dan ayrıla bilər

15 İyul 2026 23:04
88
Qabriel Martinelli yayda “Arsenal”dan ayrıla bilər

Braziliyalı cinah oyunçusu Qabriel Martinelli yay transfer pəncərəsində “Arsenal”dan ayrıla bilər.

İdman.Biz bu barədə Ekrem Konura istinadən bildirir.

Məlumata görə, oyunçu böyük transfer mübarizəsinin mərkəzindədir.

Üç klub – “Mançester Yunayted”, “Nyukasl” və “Bavariya” braziliyalıya ciddi maraq göstərib və onun vəziyyətini yaxından izləyir. Bu komandalardan hər hansı biri Martinelli uğrunda mübarizəyə qoşula bilər.

Bundan əlavə, “Roma” və “Yuventus” mümkün transferi müzakirə etmək üçün artıq “Arsenal” rəhbərliyi ilə əlaqə saxlayıblar.

Martinelli 2019-cu ilin iyul ayından “Arsenal”dadır. Onun London klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir. Transfermarkt onu 45 milyon avro dəyərində qiymətləndirir.

İdman.Biz