Türkiyənin “Fənərbağça” klubu ingilis cinah oyunçusu Meyson Qrinvudun Fransanın “Marsel” klubundan transferini elan edib.
İstanbul klubunun rəsmi saytına görə, transfer haqqı 39 milyon avrodur və üç il ərzində üç bərabər hissə ilə ödənilməlidir.
İdman.Biz bildirir ki, 24 yaşlı oyunçu dörd illik müqavilə imzalayıb.
“Meyson Qrinvudu ailəmizə salamlayırıq və ona “Fənərbağça” ilə çoxlu qələbələr və çempionluq titulları arzulayırıq”, - İstanbul klubunun mətbuat xidməti komandanın rəsmi saytında dərc olunan açıqlamada bildirib.
Daha əvvəl Qrinvudun “Fənərbağça”dakı maaşının vergilər çıxıldıqdan sonra 10 milyon avro olacağı bildirilirdi.
