İspaniya mundiallarda penalti zərbələrinə görə liderdir - VİDEO

15 İyul 2026 02:07
680
İspaniya mundiallarda penalti zərbələrinə görə liderdir

İspaniya millisinin hücumçusu Mikel Oyarsabal 2026-cı il dünya çempionatının yarımfinal matçında Fransaya qarşı penalti zərbəsini dəqiq yerinə yetirib.

İdman.Biz bildirir ki, bu, İspaniyanın dünya çempionatlarında penaltidən vurduğu 17-ci qolu idi.

İspaniya millisi bu kateqoriyada liderlik edir.

İkinci yerdə Fransa (16) gəlir, İngiltərə (14) ilk üçlüyü tamamlayır, ardınca Argentina və Almaniya (hər biri 13) gəlir.

@idman.biz

İspaniya mundiallarda penalti zərbələrinə görə liderdir

♬ оригинальный звук - Idman və Biz

İspaniya DÇ-2026-nın yarımfinalında Fransaya 2:0 hesabı ilə qalib gələrək finala yüksəlib.

İdman.Biz