Keyn Argentina ilə matç barədə: “Tarix üzərində çox dayanmaq laızm deyil”

14 İyul 2026 23:07
68
Keyn Argentina ilə matç barədə: “Tarix üzərində çox dayanmaq laızm deyil”

İngiltərə millisinin hücumçusu Harri Keyn İngiltərə və Argentina arasında keçiriləcək 2026-cı il dünya çempionatının yarımfinalına tarixi çalarların təsiri barədə danışıb.

İdman.Biz xəbər verir ki, komandalar arasında futbol rəqabətinin katalizatoru İngiltərənin 1982-ci ildə 649 argentinalı və 255 britaniyalı hərbçinin ölümünə səbəb olan Folklend müharibəsindəki qələbəsidir. Oyundan əvvəl Argentinanın xarici işlər naziri Pablo Kirno Folklend adaları (Malvin adaları) məsələsi ilə bağlı yeni danışıqlara çağırıb.

“Düşünmürəm ki, tarix üzərində çox dayanmaq lazımdır. Bəli, bütün bunlar prosesin bir hissəsidir, siz (media - red.) bu barədə danışacaqsınız və azarkeşlər də iştirak edəcəklər. Amma oyunçunun baxış bucağından baxanda, bu, ağıllı, taktiki cəhətdən sağlam, qayda pozuntularını necə çıxarmağı və oyunu yavaşlatmağı bilən əla bir komanda ilə qarşılaşmamızdır. Bu, İngiltərə və Argentinadır. Dünya çempionatının yarımfinalında iki nəhəng üz-üzə gəlir. Bizim bir məqsədimiz, bir diqqətimiz var və hər oyunun hər dəqiqəsini buna sərf edirik və bu matç da istisna deyil”, - Keyn bildirib.

2026-cı il dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində Meksika, Kanada və ABŞ-da keçirilir. Argentina hazırkı çempiondur.

İdman.Biz