İspaniya millisinin hücumçusu Lamin Yamal sosial media hesabında 2025-ci il Millətlər Liqasının yarımfinalında Fransaya vurduğu qolun şəklini paylaşıb.
İdman.Biz xəbər verir ki, İspaniya həmin oyunda 5:4 hesabı ilə qalib gəlib.

Bu gün, 14 iyulda komandalar 2026-cı il dünya çempionatının yarımfinalında yenidən qarşılaşacaqlar. Oyun ABŞ-ın Arlinqton şəhərindəki AT&T stadionunda keçiriləcək və Bakı va vaxtı ilə saat 23:00-da başlayacaq.
Xatırladaq ki, İspaniya dörddəbir finalda Belçikanı 2:1 hesabı ilə məğlub etdi. Bu arada Fransa Mərakeş üzərində qələbə qazandı (2:0).
2026-cı il dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçirilir. Final matçı isə ABŞ-ın İst-Raterford şəhərində keçiriləcək. Hazırkı çempionluq Argentinadır.
