Finlandiyanın KuPS klubu Çempionlar Liqasının təsnifat mərhələsinin birinci turunun ikinci oyununda Şimali Makedoniyanın “Vardar” komandasını qəbul edib.
İdman.Biz bildirir ki, Finlandiya klubu ilk oyunda səfərdə 2:0 hesabı ilə qalib gəlmişdi və üstünlüyünü qorumağa çalışırdı. Hər iki komanda fasilədən əvvəl hücuma keçsə də, heç biri qol vura bilmədi. Vəziyyət ikinci hissədə dəyişdi. 59-cu dəqiqədə Şimali Makedoniya komandası hesabı açdı. Georgiye Yankulovun ötürməsindən sonra Azər Omeragiç qol vurdu.
“Vardar”ın növbəti mərhələyə keçməsi üçün daha çox qol vurması lazım idi. Qonaqlar oyunun sonlarında öz məqsədlərinə çatdılar. Qoran Zakariç penaltidən qol vuraraq oyunu əlavə vaxta göndərdi. Əlavə vaxtda Finlandiya komandasından Bob Nii Arma və Petr Pazişek (penalti), “Vardar”dan isə Yan Puleyo qol vurdular.
Beləliklə, KuPS ümumi hesabda 4:3 hesabı ilə qalib gəldi və Çempionlar Liqasının təsnifat mərhələsinin birinci turunu uğurla keçdi.
KuPS növbəti mərhələdə “Sabah” – TNS cütlüyünün qalibi rastlaşacaq.
