“Çelsi” yarımmüdafiəçisi Alexandro Qarnaçonu satmağa hazırdır

12 İyul 2026 09:09
101
“Çelsi” yarımmüdafiəçisi Alexandro Qarnaçonu satmağa hazırdır

“Çelsi” bu yay 22 yaşlı yarımmüdafiəçi Alexandro Qarnaçonu satmağa hazırdır və təklif olunan icarə əvəzinə daimi transferə üstünlük verir.

İdman.Biz bu barədə Fabrizio Romanoya istinadən bildirir.

Onun sözlərinə görə, Qarnaçonun transfer qiymətinin təxminən 50 milyon avro olacağı gözlənilir. Məlumata görə, oyunçu hələ mövsümöncəsi məşqlərə qayıtmayıb, çünki klubdakı gələcəyi yaxın iki həftə ərzində müəyyənləşəcək. Daha əvvəl klub rəhbərliyinin argentinalı futbolçunun transferinin əsassız olduğu qənaətinə gəldiyi bildirilirdi.

Qarnaço 2025-ci ilin avqust ayından bəri “göylər”də oynayır və “Mançester Yunayted”dən 40 milyon avroya transfer olunub. Onun müqaviləsi 2032-ci ilə qədərdir.

Ötən mövsüm oyunçu bütün yarışlarda 39 oyunda iştirak edib, səkkiz qol vurub və dörd məhsuldar ötürmə edib. Transfermarkt-ın məlumatına görə, Qarnaçonun bazar dəyəri 28 milyon avrodur.

İdman.Biz