“Fiorentina” rəsmi saytında fransız yarımmüdafiəçi Artur Attanın “Udineze”dən transferini elan edib.
İdman.Biz bildirir ki, Artur Atta “Renn” və “Mets” klublarının yetirməsidir.
O, 2024-cü ilin yayından icarə əsasında “Udineze”yə qoşulub və 2025-ci ilin iyun ayında kluba daimi olaraq qoşulub. Atta bütün yarışlarda “Udineze”də 63 oyuna çıxıb, altı qol vurub və dörd məhsuldar ötürmə edib.
Transfermarkt-a görə, onun hazırkı bazar dəyəri 25 milyon avrodur.
“Fiorentina” ötən mövsüm A Seriyasında 15-ci yeri tutub.
