PSJ-nin yarımmüdafiəçisi Qabriel Moskardo “Espanyol”a keçib

8 İyul 2026 22:54
100
PSJ-nin yarımmüdafiəçisi Qabriel Moskardo “Espanyol”a keçib

PSJ-nin 20 yaşlı yarımmüdafiəçisi Qabriel Moskardo icarə əsasında "Espanyol"a keçib.

İdman.Biz bildirir ki, bu barədə parislilərin mətbuat xidməti rəsmi saytında məlumat verib.

Mənbənin məlumatına görə, Moskardo "Espanyol"a heç bir transfer seçimi olmadan bir mövsümlük icarə əsasında keçib. "Transfermarkt"ın məlumatına görə, transfer haqqı 7 milyon avro olub. Onun PSJ ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir.

Moskardo Fransa klubuna 2024-cü ilin yanvarında qoşulub. Bu, onun dördüncü icarə müddətidir.

Ötən mövsüm braziliyalı icarə əsasında "Braqa"da oynayıb. Moskardo Portuqaliya klubunda 39 oyun keçirib, bir qol vurub və bir məhsuldar ötürmə edib.

İdman.Biz